REGİONLAR


Mingəçevirdə “Təmiz Kür” layihəsi üzrə təlimlər təşkil olunur

A+ A

Mingəçevir, 23 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsi çərçivəsində “Təmiz Kür” adlı təlim-seminarlar uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhərində keçirilən növbəti təlimdə çıxış edən layihə rəhbəri Vüsal Mahmudov daxili suların təhlükəsizliyi və təmizlənməsinin qlobal problem olduğunu vurğulayıb. O qeyd edib ki, bu, ölkəmiz üçün də aktualdır. Bu amil xüsusilə də Mingəçevirin əsas su mənbələrindən biri olan Kür çayının ətrafında yaşayan insanların sağlamlığı üçün vacib şərtdir. Layihəyə uyğun olaraq təşkil olunan təlimlərdə gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrinin artırılmasına, daxili suların və Kür çayının sahilyanı hövzəsinin təmizliyinə, ekoloji maarifləndirilməsinə və iştirakçılarda ekoloji mədəniyyətin formalaşdırılmasına diqqət yetirilir.

Təlim zamanı Vüsal Mahmudov qeyd edib ki, həmçinin “Təmiz Kür” adı altında ekoloji təmizlik aksiyası da təşkil olunacaq. Bu aksiyada gənclər iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.