CƏMİYYƏT


Mingəçevirdə açıq məlumatlara dair təlimlərə start verildi

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Mingəçevir Media Mərkəzində Mingəçevir Valideynlər Assosiasiyası (MVA) “Transitions” (Çexiya) və “Linking Media” (Polşa) şirkətləri ilə birgə Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində QHT, dövlət qurumları və KİV nümayəndələri üçün açıq məlumatlara dair təlimlərə başlanılıb.

AZƏRTAC qht.az saytına istinadən xəbər verir ki, təlimləri media üzrə mütəxəssis Lyaksey Lyavonçik idarə edir. MVA-nın rəhbəri Fərman Nəbiyev deyib ki, Azərbaycanda açıq məlumat təcrübəsinin genişləndirilməsinə ehtiyac var.

Ekspert Lyaksey Lyavonçik bildirib ki, təlimin əsas məqsədi auditoriyanı açıq məlumatlarla tanış etmək və gələcəkdə onlara məlumatları hamının başa düşəcəyi şəkildə təqdim etməyi öyrətməkdir.

Təlim çərçivəsində məlumatların toplanıb Excel cədvəlinə salınması, şəkillər və cədvəllər üzərində iş, statistik məlumatın yoxlanması, mənbələrdən ilkin məlumatların əldə olunması və s. məsələlər müzakirə olunub.

Üç qrup üzrə aparılan təlimlər noyabrın 27-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.