REGİONLAR


Mingəçevirdə ali və orta ixtisas məktəblərinin tələbələri arasında keçirilən bilik yarışı başa çatıb

A+ A

Mingəçevir, 17 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə ali və orta ixtisas məktəblərinin tələbələri arasında 18 Oktyabr – Dövlət Müstəqilliyi günü münasibətilə intellektual yarış keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda Mingəçevir Dövlət Universitetini 16, Mingəçevir Turizm Kollecini 8, Mingəçevir Tibb Kollecini isə 8 komanda təmsil edib.

Yekunda Mingəçevir Dövlət Universitetinin 8-ci komandası yarışın qalibi olub. İlk 3 yeri tutan komandaların üzvlərinə diplom və mükafatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.