İDMAN


Mingəçevirdə bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü bölgələrarası kubok yarışları başlayıb

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC 

Ən zərif gimnastika növünün nümayəndələri bu dəfə Mingəçevirdə toplaşıblar. Noyabrın 18-də “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü bölgələrarası kubok yarışları başlayıb.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək yarışda - balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyasında 103 gimnast və 9 qrup komandası iştirak edir. Onlar Ocaq Sport Klubu, Respublika Kompleks İdman Məktəbi, Bakı Gimnastika Məktəbi, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Gömrükçü İdman Klubunu, o cümlədən, Təhsil Respublika İdman Məktəbinin Sumqayıt filialı, Xırdalan şəhərinin “Zirvə” klubunu, Gəncə və Qusar şəhərlərini, Kürdəmir və İsmayıllı rayonlarını təmsil edirlər.

Fərdi gimnastların ardınca mübarizəyə qrup hərəkətləri komandaları qatılacaqlar. Yüksək təşkilatçılığı, maraqlı və rəngarəng proqramı ilə seçilən gimnastika yarışları xarici atletləri də özünə laqeyd buraxmır. Bu dəfə turnirdə yerli gimnastlarımızla yanaşı, Ukrayna və Qazaxıstandan gəlmiş idmançılar da çıxış edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.