REGİONLAR


Mingəçevirdə əlillər dövlət qayğısını daim hiss edirlər

Mingəçevir, 2 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Ölkəmizdə əlillərin sosial müdafiəsi istiqamətində dövlət səviyyəsində görülən işlər bu təbəqənin həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikir Beynəlxalq Əlillər günü Münasibətilə dekabrın 2-də Mingəçevirdə təşkil olunan bayram tədbirində səsləndirilib.

Şəhər icra hakimiyyətinin təşkilatçılığı və müxtəlif kateqoriyadan olan əlillərin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər qeyd ediblər ki, Mingəçevirdə fiziki sağlamlığı məhdud olan insanlara lazımi qayğı göstərilir. Hazırda şəhərdə 8 minə yaxın əlil var ki, onların sağlamlığının qorunması və bərpası xüsusi önəm daşıyır. Əlillərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər təqdirəlayiq hesab olunub. Dövlət həmin insanlara qayğı göstərərək hər ay əlillik qruplarına uyğun olaraq pensiya və sosial müavinətlər verir.

Tədbirdə qeyd edilib ki, ölkəmizdə əlillər günü ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1995-ci ildən qeyd edilir. Ümummilli lider Heydər Əliyev həmişə bu təbəqəyə qayğı ilə yanaşıb, onların sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayıb. Hazırda Prezident İlham Əliyev tərəfindən də bu kateqoriyadan olan insanlara yüksək diqqət və qayğı göstərilir.

Əlillər çıxış edərək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə rəngarəng musiqi nömrələri səslənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.