İDMAN


Mingəçevirdə keçirilən yarışlarda balaca gimnastların çıxışına yekun vurulub [YENİLƏNİB]

A+ A

Mingəçevir, 19 noyabr, AZƏRTAC

Balaca gimnastların yarışlarına yekun vurulub.

Ölkə birinciliyində fərdi çoxnövçülük üzrə yarışlarda 2008-ci il təvəllüdlü gimnastların mübarizəsində Nərminə Bayramova qızıl medal qazanıb. 2007-ci il təvəllüdlü gimnastlar arasında Fatimə Məmmədzadə fərqlənib. Təvəllüdü 2006-cı il olan atletlərin mübarizəsində Fidan Yusifzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bölgələrarası kubok yarışlarında isə 2008-ci il təvəllüdlü gimnastlar arasında Aişə Rəcəbli çempion adını qazanıb. 2007-ci il təvəllüdlülər arasında Nənəbacı Şəfiyeva, 10 yaşlı gimnastlar arasında isə Leyli Ağazadə qızıl medala sahib olublar.

 

X X X

 

13:37

Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü bölgələrarası kubok yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyasında 103 gimnast və 9 qrup komandası iştirak edir. Onlar Ocaq Sport Klubu, Respublika Kompleks İdman Məktəbi, Bakı Gimnastika Məktəbi, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Gömrükçü İdman Klubunu, o cümlədən, Təhsil Respublika İdman Məktəbinin Sumqayıt filialı, Xırdalan şəhərinin “Zirvə” klubunu, Gəncə və Qusar şəhərlərini, Kürdəmir və İsmayıllı rayonlarını təmsil edirlər.

İlk olaraq xalça üzərinə 2006-2008-ci il təvəllüdlü balaca gimnastlar çıxıblar. Onlar alətsiz, ip və halqa ilə fərdi proqram üzrə çıxış edirlər.

Turnirdə yerli gimnastlarımızla yanaşı, Ukrayna və Qazaxıstandan gəlmiş idmançılar da çıxış edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.