REGİONLAR


Mingəçevirdə kikboksinq üzrə zona yarışının qalibləri mükafatlandırılıb

A+ A

Mingəçevir, 19 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevir şəhərində uşaq, yeniyetmə, gənclər və böyüklər arasında kikboksinq idman növü üzrə zona birinciliyi təşkil olunub. Yarışda 26 rayon və şəhərdən 250-yə yaxın idmançı iştirak edib.

AZƏRTAC xəbər verir ki, beş yaş qrupu üzrə keçirilən birincilik 2 gün davam edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda ilk 3 yeri tutan idmançılar respublika çempionatında iştirak etmək hüququ qazanıblar. Yarışın təşkilində əsas məqsəd idmançıların yarış səviyyəsini artırmaq, onlar arasında kikboksinqin kütləviliyinə nail olmaqdır.

Qeyd edək ki, əldə olunan medalların sayına görə komanda hesabında Mingəçevir kikboksçuları 1-ci yerə çıxıblar. Gəncə idmançıları 2-ci, Ağdam komandası 3-cü olub. Qalib idmançılara diplom və medallar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.