REGİONLAR


Mingəçevirdə veteran futbolçuların çempionatı başa çatıb

A+ A

Mingəçevir, 8 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevirdə veteran futbolçular arasında mini-futbol üzrə şəhər çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin tədbirlər planına uyğun olaraq Yaşar Məmmədzadə adına şəhər stadionunda veteran futbolçular arasında keçirilən mini futbol üzrə şəhər çempionatı bir həftə davam edib. Çempionatda komandalar İsveçrə sistemi üzrə mükafatlar uğrunda mübarizə aparıblar. Çempionatın final mərhələsində “İşıqlı gələcək” komandası ilə “Referi” komandası görüşüb.

Gərgin mübarizə şəraitində keçən oyun 2:1 hesabı ilə “İşıqlı gələcək” komandasının xeyrinə başa çatıb. Şəhər çempionatında ikinci yeri “Referi”, III yeri Mingəçevir Dövlət Universitetinin komandası tutub.

Qaliblər Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin kubok və fəxri fərmanları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.