REGİONLAR


Mingəçevirdə yeni işıqlandırma sistemi qurulur

A+ A

Mingəçevir, 31 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

“Hazırda Mingəçevirin altı məhəlləsində geniş quruculuq, abadlıq işləri aparılır. Məhəllələrdə daxili yollara asfalt örtüyü çəkilir, işıqlandırma sistemləri qurulur. Bəzi küçələrdə isə ilk dəfə 80 ədəd işıq dirəyi quraşdırılıb və işıqlandırma sistemi qurulub. Məhəllədaxili yollara 9 min 408 kvadratmetr yeni asfalt örtüyü çəkilib, binaların qarşısına 10 min 440 kvadratmetr asfalt örtüyü salınıb. Məhəllələrə 1568 poqonmetr yol bardürləri düzülüb.

Bu barədə AZƏRTAC-a müsahibəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin əsaslı tikinti, təmir və abadlaşdırma şöbəsinin müdiri Arif Musayev məlumat verib.

O bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Mingəçevir gündən-günə böyüyərək inkişaf edir. Şəhərdə su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.