REGİONLAR


Mingəçevirin sosial-iqtisadi inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

A+ A

Mingəçevir, 10 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Mingəçevir Şəhər İcra Hakimiyyəti YAP Mingəçevir şəhər təşkilatı ilə birlikdə “Heydər Əliyev - əməlləri ilə tarix yazan əbədiyaşar şəxsiyyət” mövzusunda elmi-nəzəri konfrans təşkil edib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən konfransda əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Şərəfli ömür” adlı film nümayiş olunub.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Mingəçevirin sosial-iqtisadi inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır. Mingəçevir dahi rəhbərin səyi nəticəsində böyük sənaye və energetika şəhərinə çevrilib.

YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Heydər Əliyev - tarixi şəxsiyyət, görkəmli dövlət xadimi və əbədiyaşar liderdir”, 40 saylı ərazi ilk partiya təşkilatının sədri Lalə Əsgərova “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur”, Mingəçevir Dövlət Universitetinin kafedra müdiri Esmira Cəfərova “Heydər Əliyev tariximizin qurucu xilaskar fenomenidir”, YAP şəhər Gənclər Birliyinin sədr müavini Eldar Dərişov “Azərbaycanın müasir inkişaf yolu ulu öndər Heydər Əliyevin müəyyən etdiyi xəttin uğurlu davamıdır” mövzusunda məruzə ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.