REGİONLAR


Mingəçevirli yeniyetmə və gənclər “Fitnə” filmini izləyiblər

A+ A

Mingəçevir, 15 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax regional şöbəsinin təşkilatçılığı ilə Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda şəhər icra hakimiyyətinin nümayəndələri, gənclər, dindarlar, müəllim və şagirdlər iştirak ediblər.

Dövlət Komitəsinin Yevlax regional şöbəsinin əməkdaşı Əlisa Fərəcov çıxış edərək Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən danışıb, dini radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul işçisi Elşən Əliyev bildirib ki, yeniyetmə və gəncləri milli ruhda tərbiyə etməli, onları yad təsirlərdən qorumalıyıq.

Müəllimlər çıxışlarında şagirdlərin vətənpərvər ruhda böyüməsinin, onların elmi, intellektual, mənəvi, fiziki cəhətdən inkişafının daim pedaqoji kollektivin diqqət mərkəzində olduğunu deyiblər.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” filmi nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.