İDMAN
Mini-futbol çempionatına yekun vurulub
Bakı, 5 iyun, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və 15 İyun - Milli Qurtuluş Günü münasibətilə İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi ilə birgə təşkil etdiyi mini-futbol çempionatı başa çatıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 13-də start verilmiş turnirdə İqtisadiyyat Nazirliyi qurumlarının 14 komandası iştirak edib. Final görüşündə "Təmiz Şəhər" ASC və "Azərlotereya" ASC-nin komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Təmiz Şəhər" ASC-nin komandası qalib gəlib.
Çempionatda ilk dörd yeri tutan komandalara və ayrı-ayrı nominasiyalar üzrə fərqlənən idmançılara fəxri fərman, pul mükafatı və hədiyyələr, çempionatın qalibinə - "Təmiz Şəhər" ASC-nin təmsilçilərinə kubok və pul mükafatı təqdim edilib.
İqtisadiyyat Nazirliyinin qurumları arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə və Milli Qurtuluş Gününə həsr olunan mini-futbol turniri 2009-cu ildən etibarən hər il təşkil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]