İDMAN


Mini futbol üzrə “Nardaran kuboku” yarışının qalibləri mükafatlandırılıblar

Bakı, 10 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş, 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında mini futbol üzrə “Nardaran kuboku” yarışı keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yarışın keçirilməsinin məqsədi Nardaran məktəblilərinin idmana olan marağını daha da artırmaq, futbol idman növünü məktəblilər arasında təbliğ etmək olub.

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən yarışda 10 komanda mübarizə aparıb.

Yarışda Bakı şəhəri 14 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası “Nardaran kuboku”nun qalibi olub. “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası ikinci yerə, 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası üçüncü yerə layiq görülüblər.

Qaliblər kubok, diplom və medallarla təltif ediliblər.

Qeyd edək ki, Nardaran qəsəbəsindəki 130 və 295 nömrəli tam orta məktəblərdə idmanın şahmat, cüdo, futbol, stolüstü tennis növləri üzrə bölmələr fəaliyyət göstərir, bu idman növləri üzrə mütəmadi olaraq Nardaran məktəbliləri arasında yarışlar keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.