DÜNYA


Minlərlə “Windows” istifadəçisi “Skype” servisinə girişdən məhrum olub

Bakı, 3 iyul, AZƏRTAC

“Microsoft” şirkətinin nümayəndəsi ötən ayın əvvəllərində məlumat vermişdi ki, “Skype” internet telefoniya servisində həyata keçiriləcək genişmiqyaslı yeniləmə nəticəsində həmin xidmət “iMessage”, “WhatsApp”, “Messenger”, “Snapchat” və başqa messencerlərlə rəqabət apara biləcək. Tərtibatçılar, eyni zamanda, iyulun 1-dən bəzi köhnə sistemlərdə bu servisin dəstəyinin dayandırılması haqda məlumat verirdilər.

AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, iyul ayından “Windows RT”, “Windows Phone 8” və “8.1” sistemlərinin sahibləri üçün “Skype” servisi əlçatmaz olub. Messencer “Smart TV” funksiyasına malik televizorlarda və “Windows 10 Mobile” üçün “Messaging” proqramında artıq işləməyəcək. Xatırladaq ki, “Skype” servisinin qeyd olunan əməliyyat sistemlərində dəstəyinin dayandırılması xidmətin “bulud” infrastrukturuna keçidi ilə bağlıdır. Tərtibatçılar “Skype”dan istifadə etməyi planlaşdıran istifadəçilərə öz əməliyyat sistemlərini yeniləməyi tövsiyə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.