DÜNYA


Minlərlə londonlu Britaniyanın Avropa İttifaqından çıxmasına etiraz edir

A+ A

Bakı, 2 iyul, AZƏRTAC

Londonun minlərlə sakini Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasına etiraz əlaməti olaraq şəhərin mərkəzinə toplaşıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilatçılar iyunun 23-də keçirilən referendumun nəticələrindən narazı qalan 40 min nəfərin Britaniya paytaxtının mərkəzindən keçərək parlament binasına tərəf gedəcəklərini bildirib.

Londonda analoji aksiya bir neçə gün bundan əvvəl də keçirilmişdi. O vaxt “Trafalqar” meydanında nəzərdə tutulan nümayış təhlükəsizlik səbəbindən ləğv edilsə də, iştirakçıların əksəriyyəti yürüşə qatılmışdı.

“Avropa naminə yürüş” adlanan bugünkü aksiyada referendumda Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalmasına səs verən vətəndaşlar, o cümlədən məmurlar, siyasətçilər, biznes nümayəndələri və ictimai təşkilatlar iştirak ediblər.

Paytaxt polisinin verdiyi məlumata əsasən, aksiyanın gedişində heç bir qanun pozuntuna rast gəlinməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.