SİYASƏT
Minsk qrupunun həmsədrləri regiona səfərləri ilə bağlı bəyanat yayıblar VİDEO
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar.
AZƏRTAC ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda həmsədrlər İqor Popov (Rusiya) və Pyer Andryö (Fransa) bu həftə dövlət rəsmiləri ilə görüşmək və Ermənistan-Azərbaycan sərhədində ATƏT tərəfindən keçirilən monitorinqdə iştirak etmək üçün regionda səfərdə olduqlarını bildiriblər.
Həmsədrlər Bakıda və Yerevanda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşdüklərini, dövlət başçılarının Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə keçirilməsi planlaşdırılan görüşünü müzakirə etdiklərini bildiriblər. Həmsədrlər bəyanatda prezidentlərin Soçidə və Uelsdə keçirilmiş görüşlərini də qeyd ediblər, yay aylarında gərginliyin artmasından sonra təmas xəttində vəziyyətin sabitləşdiyini qeyd ediblər. Onlar, həmçinin son günlər baş verən atəşkəs pozuntularının kəskin hal almayacağına ümid etdiklərini bildiriblər.