İDMAN


Minskdə Avropa çempionatında Azərbaycanı yeddi samboçu təmsil edəcək

Bakı, 17 may, AZƏRTAC

Mayın 18-dən 22-dək Minskdə sambo üzrə Avropa çempionatı keçiriləcək.

Azərbaycan Sambo Federasiyasından (ASF) AZƏRTAC-a bildiriblər ki, çempionatda ölkəmizi 7 idmançı təmsil edəcək.

ASF-nin prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında çempionatda ölkəmizi Ağasif Səmədov (52 kq), Fuad Məmmədov (57 kq), Cavidan Qarayev (62 kq), Emin Qulamov (68 kq), Elvin Mustafayev (74 kq) və Nizami Məmmədov (100 kq) təmsil edəcəklər. Döyüş sambosu yarışlarında isə Fərid Yusifov (57 kq) birincilik uğrunda mübarizə aparacaq.

Yarışda ölkəmizi hakim kimi Cabir İsmayılov təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.