DÜNYA


Minskdə Belarus-Türkiyə Biznes Forumu keçirilir

A+ A

Minsk, 11 noyabr, AZƏRTAC

AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, Minskdə Belarus-Türkiyə Biznes Forumu işə başlayıb. Forumda iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən təxminən 500 belaruslu və türkiyəli biznesmen iştirak edir.

Belarus Ticarət-Sənaye Palatasının sədri Vladimir Ulaxoviçin sözlərinə görə, Belarus və Türkiyə ticarət sahəsində fəal əməkdaşlıq edirlər. Onların kooperasiya əlaqələri güclüdür. O deyib: “Türk kapitalının ölkəmizdə müsbət investisiya təcrübəsi var. Bugünkü söhbətin mövzularından biri qarşılıqlı faydalı əsasda investisiya əməkdaşlığını inkişaf etdirməkdir”. V.Ulaxoviç bildirib ki, forumda sənədlərin imzalanması nəzərdə tutulmur. Bununla belə, o əmin olduğunu bildirib ki, görüşlər səmərə verəcək. O deyib: “Bilirik ki, bəzi şirkətlər ciddi müqavilələrin imzalanmasına artıq hazırdırlar”.

Forum çərçivəsində Belarusun elmi-texniki nailiyyətləri sərgisi keçirilir. Sərgidə təqribən 150 innovativ layihə təqdim olunub. Belarus-Türkiyə Biznes Forumu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi səfəri çərçivəsində təşkil edilib.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.