İQTİSADİYYAT


Minskdə MDB ölkələrinin Beynəlxalq Maliyyə-Bank Forumu keçiriləcək

A+ A

Minsk, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 26-29-da Belarusun paytaxtında MDB-nin iştirakçısı olan ölkələrin “Minsk işgüzar görüşləri” II Beynəlxalq Maliyyə-Bank Forumu keçiriləcək. Bu il tədbir Birlik ölkələrinin Hökumət Başçıları Şurasının iclası ilə eyni vaxta təsadüf edir.

Forumda MDB-nin iştirakçısı olan ölkələrin, o cümlədən Azərbaycanın hökumət orqanlarının, bank və biznes qurumlarının, habelə beynəlxalq inkişaf təsisatlarının, o cümlədən Avropa və Asiyadan olan təsisatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

MDB ölkələrinin bank sistemləri üçün yeni çağırış və imkanlara həsr olunan forumda Birlik ölkələrinin maliyyə-bank bazarlarının inkişafı, bank sahəsində böhranın aradan qaldırılması, qurum ölkələrinin birləşmiş sığorta bazarının yaradılması, investisiya əməkdaşlığı üçün şəraitin yaradılması məsələləri müzakirə ediləcək.

Tədbirin təşkilatçıları Belarus Nazirlər Sovetinin, Birliyin İcraiyyə Komitəsinin və Belarus Banklar Assosiasiyasının dəstəyi ilə MDB-nin Maliyyə-Bank Şurası, VTB Bankı və “ASB Belarusbank” ASC-dir.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.