İQTİSADİYYAT


Minskdə MDB ölkələrinin maliyyə-iqtisadi forumu keçiriləcək

A+ A

Minsk, 30 avqust, AZƏRTAC

Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev jurnalistlərə bildirib ki, MDB üzvü olan ölkələrin maliyyə-iqtisadi forumu oktyabr ayında Minskdə keçiriləcək.

AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, S.Lebedev deyib: “MDB Hökumət Başçıları Şurasının iclasına aid qoşma sənəddə bildirilir ki, maliyyə-iqtisadi forum Minskdə keçiriləcək. Birliyin üzvü olan ölkələrin demək olar ki, hamısı həmin forumda iştirak etməyə hazır olduqlarını bildiriblər”.

S.Lebedevin sözlərinə görə, MDB hökumət başçılarının iclası oktyabrın 28-nə planlaşdırılıb. İclasın gündəliyinə xeyli məsələ daxil ediləcək. Bu məsələlər bütün fəaliyyət sahələrində, ilk növbədə iqtisadi sahədə əməkdaşlığın fəallaşdırılmasına həsr edilib.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.