MƏDƏNİYYƏT
Minskdə “Min bir gecə” baletinin premyerası olacaqdır VİDEO
Bakı, 14 fevral (AZƏRTAC). Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti Minskdə möhtəşəm uğur qazandıqdan sonra Belarus Dövlət Musiqili Teatrının səhnəsində Azərbaycan klassikasının daha bir əsəri yeni quruluşda hazırlanır.
Belarusun Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu dəfə dost ölkənin tamaşaçılarına Azərbaycanın digər böyük bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti təqdim olunacaqdır.
Quruluşçu baletmeyster, Azərbaycanın Xalq Artisti Mədinə Əliyeva, quruluşçu rəssam İnarə Aslanova və dirijor, beynəlxalq müsabiqələr laureatı Eyyub Quliyev baletə quruluş vermək üçün Belarusa dəvət edilmişlər.
Minskdə “Min bir gecə” baletinin premyerası fevralın 15-də olacaqdır.