MƏDƏNİYYƏT


Minskdə Nar bayramı keçirilib

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Belarusun paytaxtı Minskdə Azərbaycan mədəniyyəti festivalı – Nar bayramı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Minsk Şəhər İcra Komitəsinin təmsilçisi Vitalin Rudikov, Belarus-Azərbaycan İcmaları Konqresinin sədri və əməkdar idman ustası Natiq Bağırov, Azərbaycanın Belarusdakı səfirliyinin nümayəndələri, Milli Məclisin deputatları, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi, burada yaşayan azərbaycanlılar və yerli sakinlər iştirak ediblər.

Festivalın açılışında çıxış edənlər Azərbaycanın qədim tarixə malik adətlərindən, milli-mənəvi dəyərlərindən, mədəniyyətindən bəhs ediblər. Bildirilib ki, Azərbaycan xalqı bu dəyərləri qoruyaraq nəsildən-nəslə ötürüb. Tədbirdə, həmçinin belə festivalların xalqlarımız arasında münasibətlərin daha da yaxınlaşması baxımından əhəmiyyəti vurğulanıb.

Rəsmi açılışdan və çıxışlardan sonra bayram tədbiri Azərbaycanın milli musiqiləri və rəqslərindən ibarət geniş konsert proqramı ilə davam edib. Festival çərçivəsində milli idman növlərindən bəzi nümunələr, Azərbaycan mətbəxinin ləziz təamları, onların hazırlanma qaydası iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, Nar bayramında xüsusi foto və ticarət zonaları da iştirakçıların ixtiyarına verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.