İDMAN


Minskdə baydarka və kanoedə avarçəkmə üzrə dünya çempionatı keçirilir

A+ A

Minsk, 28 iyul, AZƏRTAC

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, iyulun 28-31-də Belarusda, Zaslav avarçəkmə kanalında yeniyetmələr arasında baydarka və kanoedə avarçəkmə üzrə dünya çempionatı keçiriləcək. Çempionatda 67 ölkədən, o cümlədən Azərbaycandan idmançılar iştirak edirlər. İyulun 27-də axşam “Minsk-Arena” çoxfunksiyalı kompleksinin velodromunda turnirin açılış mərasimi olub. Mərasimdə Belarus Kanoe Assosiasiyasının icraçı direktoru Sergey Şablıko və Beynəlxalq Kanoe Federasiyasının (ICF) birinci vitse-prezidenti İştvan Vaşkuti iştirak ediblər.

Azarkeşlərin finiş zonasına sürətlə çatmasını təmin etmək üçün Zaslav avarçəkmə kanalında 40 metrlik körpü salınıb. Yarışlarda mindən çox idmançının iştirakı gözlənilir. Çempionatın ilk medalları iyulun 30-da oynanılacaq.

Yarışların sonuncu günü – iyulun 31-də bağlanış mərasimi olacaq. Mərasimdə yarışların bayrağı yeniyetmələr arasında baydarka və kanoedə avarçəkmə üzrə növbəti dünya çempionatının təşkilat komitəsinə təqdim ediləcək. 2017-ci ildə dünya çempionatını Rumıniyanın Piteşti şəhəri qəbul edəcək.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.