DÜNYA


Minskdə keçiriləcək beynəlxalq konfransda neft və qaz bazarının perspektivləri müzakirə ediləcək

A+ A

Minsk, 31 iyul, AZƏRTAC

AZƏRTAC “BELTA” agentliyinə istinadla xəbər verir ki, sentyabrın 22-23-də Minskdə “Belarus Respublikasının neft və qaz bazarı: istehsal, treydinq, pərakəndə satış” beynəlxalq konfransı keçiriləcək. Bu böyük ixtisaslaşdırılmış forumda enerji daşıyıcıları bazarlarında əsas tendensiyalar, Belarusda neft və qaz emalının perspektivləri, neft məhsulları və maye qaz treydinqi təhlil ediləcək. Yanacaqdoldurma stansiyaları və neft bazaları təsərrüfatları sahəsində texniki və marketinq yenilikləri də müzakirə mövzusu olacaq.

Konfransın ikinci günü tədbir iştirakçılarının “Belarus N” “Neft” proqramı üzrə Belarus Qaz Emalı Zavoduna, qazma qülləsi və digər obyektlərə turist səfərləri planlaşdırılıb. Tədbir iştirakçıları ilə görüşlərdə və aktual məsələlərin müzakirəsində konfransın təşkilatçıları olan şirkətlərin top-menecerləri, dövlət orqanlarının nümayəndələri, neft emalı zavodlarının, aparıcı neft treyderlərinin və neft məhsullarının pərakəndə satışı bazarının əməliyyat şirkətlərinin rəhbərləri iştirak edəcəklər.

Konfransın təşkilatçıları Belarus neft emalı zavodlarının (“Mozırski NPZ” ASC və “Naftan” ASC) dəstəyi ilə “Belarusneft” İstehsalat Birliyi və “Belarusskaya neftyanaya kompaniya” QSC-dir.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.