MƏDƏNİYYƏT
Minskdə keçiriləcək teatr forumunda Azərbaycan da təmsil olunacaq
Bakı, 4 iyul, Ceyhun Alışov, AZƏRTAC
Cari ilin noyabrında Belarusun paytaxtı Minsk şəhərində "Gənclərin ikinci Beynəlxalq Teatr Forumu" keçiriləcək.
Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov AZƏRTAC-a bildirib ki, tədbirdə Azərbaycanın bir qrup teatr xadimləri də iştirak edəcək.
Minskə getmək üçün təşkilati məsələlərin həllinə indidən başlanılıb. Forum hər iki ölkənin Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri və Teatr Xadimləri ittifaqlarının birgə təşəbbüsü ilə keçirilir.
Forumda iştirak etmək üçün 300-dən çox qonağın Minskə toplaşacağı gözlənilir. Azərbaycan 30 nəfərlik nümayəndə heyəti ilə təmsil olunacaq. Akademik Milli Dram Teatrının kollektivi ölkəmizi "Kitabi-Dədə Qorqud" boyu əsasında hazırlanan "İlahi oyun" tamaşası ilə təmsil edəcək.
Forumda dünyanın 14 ölkəsindən gəlmiş nümayəndə heyətinin iştirakı gözlənilir.