MƏDƏNİYYƏT


Minskdə milli rəqslərimiz üzrə ustad dərsi keçirilib

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC 

Bakı Slavyan Universitetinin Minsk şəhərində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzində milli rəqslərimiz üzrə ustad dərsi keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən mərkəzin rəhbəri Salatın Mirzəyeva Azərbaycanda uzun illər boyu mövcud olan multikultural mühitdən söz açıb, ölkəmizdə yaşayan müxtəlif xalqların dinlərinə və mədəniyyətlərinə hörmətlə yanaşıldığını qeyd edib. “Azərbaycanın mədəniyyəti böyük və zəngin bir kompleksdir. Bu kompleksin tərkibinə milli rəqslərimiz də daxildir. Azərbaycan milli rəqsləri özündə qədim və zəngin tarix daşıyır və onların hər biri özünəməxsus musiqi dilinə, intonasiyaya və ritmə malikdir”, - deyə S.Mirzəyeva bildirib.

Ustad dərsi "Sarı gəlin" ansamblının bədii rəhbəri, xoreoqraf Olesya Kosoykina tərəfindən aparılıb. O, əvvəlcə “Azərbaycan maralı” və “Nəlbəki” rəqslərini ifa edib. Sonra isə milli rəqslərimizi başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətlərdən, Azərbaycanın rəqs mədəniyyətinin incəliklərindən danışıb.

Tədbirin sonunda tələbələr öyrəndikləri rəqsləri birlikdə ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.