CƏMİYYƏT


Minskdə pedaqoji kadrların hazırlanması sahəsində əməkdaşlıq barədə sənəd razılaşdırılıb

Bakı, 15 dekabr, AZƏRTAC

2016-cı il dekabrın 14-15-də Belarus paytaxtında, MDB-nin İcraiyyə Komitəsində Birlik üzvü olan dövlətlərdə pedaqoji kadrların hazırlanması sahəsində baza təşkilatı haqqında Əsasnamənin və MDB Xarici İşlər Nazirləri Şurasının bu məsələyə dair qərarının layihələrinin razılaşdırılması üzrə ekspert qrupunun iclası olub.

Təşkilatın Minskdəki qərargahının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclas iştirakçıları yuxarıda adı çəkilən Əsasnamənin layihəsinə dair irad və təklifləri müzakirə edib razılaşdırandan sonra MDB İcraiyyə Komitəsinə təklif ediblər ki, layihə müəyyən olunmuş qaydada Birliyin Xarici İşlər Nazirləri Şurasının müzakirəsinə təqdim edilsin.

Baza təşkilatı Birlik üzvü olan ölkələrin inteqrasiya və qarşılıqlı fəaliyyət tələbləri nəzərə alınmaqla MDB üzvü olan dövlətlərin ali peşəkar pedaqoji təhsil sisteminin fəaliyyətinin tədris-metodik, ekspert-analitik və kadr təminatı məqsədilə yaradılır.

Baza təşkilatı statusunun Moskva Dövlət Pedaqoji Universitetinə verilməsi təklif olunur.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.