DÜNYA


Miqrantlar Finlandıyada əhalinin qocalması probleminin həllinə kömək edəcəklər

Helsinki, 10 iyul, AZƏRTAC

Proqnozlara görə, Finlandiyada əmək qabiliyyətli insanların sayı 2030-cu ilə qədər 100 min nəfərdən çox azalacaq.

“Helsinki Times” yazır ki, ölkədə çatışmayan əmək qüvvəsinin yerini doldurmağa miqrantların işlə təmin olunması kömək edəcək.

İqtisadçıların fikrincə, Finlandiyada miqrantların məşğulluq səviyyəsinin aşağı olması dil maneəsi və ölkənin uzaqda yerləşməsi ilə bağlıdır.

Turku Yaşıl Gənclər və Tələbələr Federasiyasının sədri Olli Pekka Paasivirta deyib: “Məşğulluq inkişaf və firavanlıq yaradır və bu da bizim hamımızın ən yaxşı maraqlarına cavab verir. Xarici ölkədən bura köçən hər kəsin əmək töhfəsi finlandiyalınınkı qədər əhəmiyyətlidir. Əgər kimsə Finlandiyaya köçüb burada işləmək istəyirsə, buna sevinməliyik”.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.