CƏMİYYƏT


Miqrantlar üçün sağlam həyat tərzinə dair seminar keçirilib

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərdə sağlam həyat tərzinin təbliğinə önəmli yer ayrılır.

Cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, AzQAC-in miqrasiya şöbəsinin fəaliyyəti çərçivəsində Azərbaycan dili kurslarına cəlb olunan miqrant uşaq və yeniyetmələrə “Sağlam həyat tərzi” mövzusunda seminar keçirilib.

Azərbaycan dilini öyrənən uşaq və yeniyetmələrə AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova tərəfindən sağlam həyat tərzi barədə ətraflı məlumat verilib. Bununla yanaşı, seminarda iştirak edən uşaqları nəzərə alaraq, mövzu ilə bağlı məlumatlar müxtəlif oyunlar və digər hərəkətli tapşırıqlar vasitəsilə izah edilib. Uşaqlar həvəslə bütün tapşırıqları yerinə yetirirdilər.

Miqrantlara sağlamlıqla bağlı digər mövzulara həsr edilən seminarlar keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.