CƏMİYYƏT


“Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” mövzusunda yay universiteti keçiriləcək

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

Təhsil naziri Mikayıl Cabbarov “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” mövzusunda yay universitetinin keçirilməsi barədə əmr imzalayıb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, əmrə əsasən iyulun 24-dən avqustun 7-dək Bakı və Quba şəhərlərində “Ələddin” layihəsi, Avropa Komissiyası və UNESCO-nun birgə proqramı olan “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” mövzusunda yay universiteti keçiriləcək. Tədbir Azərbaycan reallıqlarının yay universiteti iştirakçılarına çatdırılması üçün zəngin multikultural dəyərlərlə bağlı məlumat verilməsi məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.