Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

Zati-aliləri,

Dövlət bayramınız – Respublika Günü münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.

İcazə verin, Sizə və bütün Azərbaycan xalqına sülh, sabitlik, firavanlıq və çiçəklənmə arzu edək.

Sizi əmin edirik ki, “Mir” Teleradio Şirkəti Azərbaycan Respublikasının həyatını və burada baş verən hadisələri bundan sonra da obyektiv və geniş işıqlandıracaq.

Səmimi hörmət və ən xoş arzularla,

Radik Batırşin

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin