Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Mircəlal Kazımi: Bu günə qədər 356 böyrək və 107 qaraciyər transplantasiya olunub

Mircəlal Kazımi: Bu günə qədər 356 böyrək və 107 qaraciyər transplantasiya olunub

Bakı, 20 iyul, Əziz Məmmədov, AZƏRTAC 

Transplantasiya Azərbaycan tibbi üçün yeni sahə deyildir. Hələ 1971-ci ildə akademik Mirməmməd Cavadzadə tərəfindən Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə böyrək köçürülməsi əməliyyatı uğurla aparılıb. Amma bəzi səbəblərə görə, milli səhiyyədə böyrək və qaraciyər transplantasiyasında 2000-ci illərə qədər müəyyən fasilə yaranıb. 2000-ci illərin əvvəlində professor Kamal Abdullayevin iştirakı ilə xarici həkimlər, xüsusən iranlı həkimlər tərəfindən bir sıra böyrək köçürülməsi əməliyyatı aparılıb. Yerli həkimlər analoji əməliyyatlara yalnız 2008-ci ildə başlayıblar. Məsələn, dünyada ən ağır cərrahiyyə əməliyyatlarından biri sayılan qaraciyər transplantasiyası əməliyyatı Qafqazda ilk dəfə 2008-ci il dekabrın 12-də Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) “Cərrahiyyə və orqan transplantasiyası” bölməsində aparılıb. Həmin bölmə bir dəstə həkim Türkiyə, Yaponiya, Böyük Britaniyada müvafiq təhsil alıb vətənə qayıdandan və işə başlayandan sonra təşkil edilib. Mütəxəssislərimizin nəticələri dünya standartlarına cavab verir. Məsələn, Fransa və Almaniyadan olan professorların audit yoxlamasından sonra MNX-nin “Cərrahiyyə və orqan transplantasiyası” bölməsi Qaraciyər Transplantasiyası üzrə Avropa Registrinə (European Liver Transplant Register) qəbul edilib. Bu günə qədər xəstəxanada böyrək transplantasiyası üzrə 356, qaraciyər transplantasiyası üzrə 107 əməliyyatın aparılması nailiyyətlərin məntiqi nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirmə Şurasının üzvü, MNX-nin “Cərrahiyyə və orqan transplantasiyası” bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi “Azərbaycanda transplantologiyanın bu günü və perspektivləri” mövzusunda mətbuat konfransında söyləyib.

M.Kazımi xatırladıb ki, 1999-cu il oktyabrın 28-də “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib, 2000-ci ildə Nazirlər Kabinetinin qərarı əsasında transplantasiyasına icazə verilmiş orqan və ya toxumaların siyahısı tərtib edilib. O deyib: “Transplantasiya məsələlərində məsuliyyət birbaşa həkimlərin üzərinə düşür və buna görə də beyin ölümünün hansı mərhələsində orqanların transplantasiyasının mümkün olması məsələsi müzakirə edilməlidir. Meyitdən orqanların kəsilib götürülməsi məsələsi də təkcə bizdə deyil, bütün dünyada mübahisələr doğurur. Hazırda insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanuna dəyişikliklər edilir, axı canlı donorlardan yalnız böyrək və ya qaraciyər köçürmək olar. Özü də pasiyentlərə yalnız yaxın qohumlarının orqanları köçürülür, halbuki bütün dünyada ölən adamların orqanlarının transplantasiyası tətbiq edilir. Hazırda ölkədə kəskin orqan çatışmazlığı hiss edilir. Donorun fiziki sağlamlığı böyük əhəmiyyət daşıyır. Elə hallar olur ki, hətta ən yaxın qohumların böyrək və qaraciyəri pasiyentlərə uyğun gəlmir. Odur ki, orqan axtarışı Azərbaycan transplantologiyasının əsas problemlərindən biridir. Eyni zamanda, ölü donordan orqanların transplantasiyası mədəaltı vəzi və onun seqmentlərinin, onikibarmaq bağırsaq ilə birlikdə mədəaltı vəzinin, gözdə buynuz təbəqəsinin köçürülməsinə imkan verəcək. Bir çox məsələlərin qanunvericiliklə tənzimlənməsinə baxmayaraq, transplantologiya xeyli sayda sosial, psixoloji və hüquqi nüansları nəzərdə tutur”.

M.Kazımi Əlaqələndirmə Şurasının fəaliyyətinə də toxunaraq deyib: “İnsan orqanlarının və toxumalarının köçürülməsi məqsədi ilə respublikada səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Səhiyyə Nazirliyi yanında Transplantologiya işinin təşkili üzrə Əlaqələndirmə Şurası yaradılıb. Bundan əlavə, nazirin əmri ilə Şuranın tərkibi təsdiq edilib, bir sıra mühüm tapşırıqlar verilib. Əməliyyata ehtiyacı olan pasiyentlərin siyahılarının tərtib edilməsi Əlaqələndirmə Şurasının fəaliyyətinin əsas bəndlərindən biridir. Nazirlik Şuraya insan orqan və toxumalarının transplantasiyasının əlaqələndirilməsini, spesifik analizlərin aparılmasını, orqan köçürülməsinə ehtiyacı olan xəstələrin reyestrinin tərtib edilməsini, transplantasiya əməliyyatlarının növbəlilik prinsipi əsasında təşkilini tapşırıb. Əlaqələndirmə Şurası yaxın günlərdə nazirliyə transplantologiya sahəsinin təkmilləşdirilməsi, habelə donor bankının yaradılması üzrə Konsepsiya təqdim edəcək. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq üçün səhiyyənin ayrı-ayrı sahələrində dövlət proqramlarının rolunu xüsusi qeyd etmək istəyirəm. Məsələn, 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tarixində ilk dəfə MNX briqadası tərəfindən böyrək köçürülməsi əməliyyatı uğurla həyata keçirilib. Regional həkimlər müntəzəm əsasda xəstəxanamızda ixtisasartırma kursları keçir, habelə cərrahiyyə əməliyyatlarında bilavasitə iştirak ediblər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək