İDMAN
Miroslava Minçeva: Bakı Atıcılıq Mərkəzi dünya standartlarına cavab verir
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycana üçüncü dəfədir səfər edirəm. Bundan əvvəl Qəbələdə təşkil olunan iki turnirdə mübarizə aparmışam. Bakıda keçirilən Avropa çempionatının qalibi olduğum üçün çox xoşbəxtəm.
Bu sözləri Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının qalibi, bolqarıstanlı Miroslava Minçeva AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Qitə birinciliyinə güclü atıcıların qatıldığını diqqətə çatdıran Avropa çempionu bildirib ki, yarışın təşkil olunduğu Bakı Atıcılıq Mərkəzi dünya standartlarına cavab verir.
“Çox şadam ki, Bakıda gəzmək, bu gözəl şəhərlə yaxından tanışlıq üçün imkanım oldu. Paytaxtınızda gözəl və müasir binalar var. Xüsusilə Bakının gecələri çox möhtəşəmdir. Xəzər dənizi isə şəhərin gözəlliyinə başqa bir rəng qatır”, - deyə Miroslava Minçeva əlavə edib.