MƏDƏNİYYƏT


Mirzə Əsgərovun dirijorluğu ilə MDU-nun xoru “Okean dastanı” adlı konsertdə çıxış edəcək

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 26-da Moskva Konservatoriyasının böyük zalında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin akademik xoru “Okean dastanı” adlı konsert proqramı ilə çıxış edəcək. Xorun bədii rəhbəri və baş dirijoru həmvətənimiz, Rusiyanın Əməkdar Mədəniyyət İşçisi Mirzə Əsgərovdur. Rusiya Hərbi Dəniz Donanmasının N.A.Rimski-Korsakov adına Mərkəzi Nümunəvi Konsert Orkestri tərəfindən təqdim olunacaq “Okean dastanı” adlı musiqi proqramının kulminasiya nöqtəsi Vladislav Pançenkonun solistlər, xor və orkestr üçün bəstələdiyi “Okean” əsəri olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Moskva Dövlət Universitetinin akademik xorunun və Moskva Dövlət Konservatoriyasının saytlarında yer alıb.

Qeyd edək ki, M.Əsgərov əslən Bakıdan olsa da, valideynləri Dərbəndə köçdüyü üçün bu şəhərdə dünyaya gəlib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin akademik xoru onun rəhbərliyi altında beynəlxalq festival və müsabiqələrin iştirakçısı olub, bir sıra diplomlara layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.