MƏDƏNİYYƏT


Mirzə Əsgərovun rəhbərlik etdiyi xor daha bir festivalda iştirak edəcək

Bakı, 15 fevral, AZƏRTAC

Həmvətənimiz Mirzə Əsgərovun bədii rəhbəri və dirijoru olduğu M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) akademik xorunun konsert mövsümü müxtəlif tədbirlərlə zəngindir. Kollektiv martın 1-də A.Vişnyakov adına Tələbə Kollektivləri Xorunun Festivalında çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat MDU-nun akademik xorunun “facebook” səhifəsində və festivalın keçiriləcəyi G.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin saytlarında yer alıb.

MDU-nun akademik xorunda tələbələr, aspirantlar, bu universitetin əməkdaşları və müxtəlif fakültələrin məzunları, habelə həvəskarlar iştirak edirlər. Ümumiyyətlə, xorun repertuarında 200-dən çox rus və xarici bəstəkarların klassik və müasir əsərləri, müxtəlif dillərdə xalq mahnıları yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.