İQTİSADİYYAT
Mişel Sapen: Əsas məqsədimiz Azərbaycan ilə əməkdaşlığı daha da inkişaf etdirməkdir VİDEO
Paris, 14 dekabr, AZƏRTAC
Bizim əsas məqsədimiz Azərbaycan ilə iqtisadi əməkdaşlığı daha da inkişaf etdirməkdir.
Bu fikri Fransanın maliyyə naziri Mişel Sapen AZƏRTAC-a müsahibəsində deyib.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan fransalı nazir bildirib ki, Azərbaycan iqtisadi imkanlarına görə dünyada, eləcə də Fransada güclü və yüksək nüfuza malikdir. Azərbaycan ilə etibarlı tərəfdaş kimi hesablaşırlar. Bizim artıq tarixi əlaqələrimiz var. Bizim əsas məqsədimiz Azərbaycan ilə iqtisadi əməkdaşlığı daha da inkişaf etdirməkdir. Azərbaycandakı fransız müəssisələri həyata keçirdikləri layihələrlə iqtisadi əlaqələrimizi daha da genişləndirir və yeni iş yerləri yaradır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris