DÜNYA


Misir 10 ayda ilk dəfə polşalı turistləri qəbul edib

A+ A

Qahirə, 11 avqust, AZƏRTAC

Misir KİV-lərinin yaydığı məlumata görə, içərisində polşalı turistlər olan təyyarə on ayda ilk dəfə Şarm əş-Şeyx kurort şəhərinin Misirin bayraqları ilə bəzədilmiş hava limanında yerə enib. Burada turistləri milli rəqslərlə qarşılayıblar. Birinci çarter reysi ilə 180-dən çox polşalı turist gəlib. Misirin hakimiyyət orqanları bu faktı ölkə kurortlarının əcnəbi turistlər üçün təhlükəsiz olmasını təsdiq edən mühüm hadisə kimi dəyərləndiriblər.

Xatırladaq ki, Rusiyaya məxsus A-321 təyyarəsi Sinay yarımadası üzərində qəzaya uğrayandan sonra Polşa ötən ilin oktyabrında turistlərin Misirə göndərilməsini dayandırıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.