DÜNYA


Misir Aralıq dənizində təbii qaz axtaracaq

A+ A

Bakı, 28 dekabr, Nihad Budaqov, AZƏRTAC

Misir ilə İtaliyanın “Eni” neft-qaz şirkəti arasında Misirin su sərhədlərində təbii qaz axtarışı üzrə müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, müqaviləyə görə, 2017-ci ilin ilk rübündən etibarən Misir Aralıq dənizindəki su sərhədlərində təbii qaz axtaracaq.

Misirin neft və mineral ehtiyatlar naziri Tarık əl Molla ölkəsinin İtaliyanın “Eni” neft-qaz şirkəti ilə Aralıq dənizindəki su sərhədlərində yerləşən “Zöhr” qaz yatağında kəşfiyyat üzrə müqavilə imzaladığını bildirib.

O, 2015-ci ilin avqustunda kəşf edilən və super-nəhəng qaz yatağı olan “Zöhr”də təxminən 30 trilyon kubfut (təxminən 2,7871 trilyon kubmetr) qaz ehtiyatı olduğunun təxmin edildiyini deyib.

Kəşfiyyat işlərinin 2017-ci ilin ilk rübündə başlayacağını bildirən nazir təbii qazla yanaşı, xam neft də hasil ediləcəyi təqdirdə bölgənin “əsrin quyusu” olacağını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.