RƏSMİ SƏNƏDLƏR


Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisiyə

A+ A

Hörmətli cənab Prezident,

Misir Ərəb Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyul 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır