SİYASƏT
Misir-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi ilə əlaqədar beynəlxalq konfrans təşkil olunub
Qahirə, 15 mart, AZƏRTAC
Misir ilə Azərbaycan arasındakı diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar, Misirin Dil və Tərcümə üzrə Ali İnstitutunda “Jurnalistika və mədəniyyətin formalaşması” mövzusunda beynəlxalq konfrans təşkil olunub.
Azərbaycanın Misirdəki konsulu Emil Rəhimov konfransda məruzə ilə çıxış edib.
İki ölkə arasındakı diplomatik münasibətlərdən danışan E.Rəhimov Prezident İlham Əliyevin bu ili “İslam Həmrəyliyi İLİ” elan etdiyini vurğulayıb. Eyni zamanda, Azərbaycan xalqının böyük hüznlə 25 illiyini qeyd etdiyi Xocalı faciəsi barədə danışan diplomat Misirdə ərəb dilində yeni çapdan çıxmış və müəllifi olduğu “Xocalı soyqırımı və itirilmiş ədalət” kitabı haqqında konfrans iştirakçılarına məlumat verib.
Qeyd edək ki, sözügedən tədbir Misir mətbuatında geniş şəkildə işıqlandırılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə