DÜNYA


Misir İslam Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsinə irəli sürülmüş namizədi dəstəkləyir

A+ A

Qahirə, 1 noyabr, АZƏRTAC

Qahirə Ər-Riyadın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni baş katibi vəzifəsinə irəli sürdüyü namizədi dəstəkləyir.

Yerli KİV-lərin yaydığı xəbərə görə, İƏT-in baş katibi İyad Əmin Mədəni dünən vəzifəsindən istefa verəndən sonra onun yerinə Səudiyyə Ərəbistanı Krallığının sabiq sosial işlər üzrə naziri Yusuf bin Əhməd Əl-Əsimeynin namizədliyi irəli sürülüb.

İyad Əmin Mədəni vəzifəsindən istefasını səhhətindəki problemlərlə bağlayıb. Lakin Misir mətbuatı İƏT-in baş katibinin istefasını onun çıxışlarının birində Misir Prezidentinin ünvanına zarafat etməsi və buna görə də ölkə rəhbərliyinin sərt tənqidinə məruz qalması ilə əlaqələndirib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.