DÜNYA


Misir Prezidenti iki adanın Səudiyyə Ərəbistanına verilməsi barədə sazişi təsdiqləyib

Bakı, 24 iyun, AZƏRTAC

Misir prezident Əbdülfəttah əs-Sisi Qırmızı dənizdəki iki məskunlaşmamış adanın - Tiran və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsi haqqında sazişi ratifikasiya edib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Misir parlamenti Ər-Riyadla imzalanmış müvafiq sazişi ötən həftə təsdiqləyib. Bu ilin yanvar ayında Misir Ali Məhkəməsi həmin adaların verilməsinə dair hökumətin təklif etdiyi layihəni geri qaytarmışdı. O vaxt məhkəmədə bildirmişdilər ki, hökumət adaların Səudiyyə Ərəbistanının ərazisi olduğu barədə yetərincə dəlil-sübut təqdim etməyib.

Bir qədər əvvəl Misir hökuməti bəyan etmişdi ki, Tiran və Sanafir adaları bu ölkənin nəzarətinə yalnız 1950-ci ildə keçib və onların Səudiyyə Ərəbistanına verilməsi barədə saziş Misirə iqtisadi fayda gətirə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.