DÜNYA
Misir Prezidenti parlamentə seçkilər haqqında qanun imzalayıb
Qahirə, 3 avqust, AZƏRTAC
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkə parlamentinə seçkilərin keçirilməsi tarixini təyin etməyə imkan verən “Nümayəndələr Palatası haqqında” (Misir parlamenti) qanun imzalayıb.
Bu barədə yerli KİV-lər dövlət başçısının dəftərxanasına istinadla xəbər verir.
Xatırladaq ki, əvvəlcə ölkə parlamentinə seçkilər yaz aylarına nəzərdə tutulmuşdu. Lakin qanunvericilikdə boşluqların olması səbəbindən səsvermənin tarixi başqa vaxta keçirilmişdi. Parlament seçkiləri hazırda ölkədə fəaliyyəti qadağa edilmiş “Müsəlman qardaşlar” hərəkatının nümayəndəsi Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən siyasi böhrandan ölkənin çıxması üzrə yol xəritəsinin sonu olacaq.
Ehtimala görə, parlament seçkiləri 2015-ci ilin sonunadək keçiriləcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]