DÜNYA


Misir Qətərdə gizlənən terrorçuların təhvil verilməsi üçün İnterpola müraciət edəcək

Qahirə, 3 iyul, AZƏRTAC

Dörd ərəb ölkəsi tərəfindən Qətərə verilmiş ultimatumun vaxtının bitməsi ilə əlaqədar Misir İnterpolu ölkədə qadağan edilmiş “Müsəlman qardaşları” terrorçu assosiasiyasının Qətərdə və Türkiyədə gizlənən üzvlərinin siyahısını İnterpola göndərəcək və onların təhvil verilməsini tələb edəcək.

Yerli KİV-lər bu məlumatı Misir Daxili İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşına istinadla yayıblar. Onun sözlərinə görə, siyahıya barəsində cinayət işi qaldırılmış və ya məhkəmə qərarı elan edilmiş şəxslərin adları daxildir.

Xatırladaq ki, iyunun 22-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir münasibətlərin normallaşdırılması üçün 13 maddəlik tələb siyahısını Küveyt vasitəsilə Qətərə təqdim edib. Maddələrdən biri terrorizmdə ittiham olunan şəxslərin təhvil verilməsidir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.