DÜNYA


Misir XİN Qətər səfirinə ölkəni 48 saat ərzində tərk etməsi barədə nota təqdim edib

Qahirə, 5 iyun, AZƏRTAC

Misir XİN Qətər dövlətinin bu ölkədəki səfirinə nota təqdim edib. Misir xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Əhməd əbu Zeydin sözlərinə görə, həmin sənəddə Qətər səfirinin 48 saat ərzində Misiri tərk etməsi tələb olunur.

Qətərin səfiri Misir XİN-ə çağırılıb, orada ona Qətər ilə Misir arasında diplomatik münasibətlərin kəsilməsinin qərara alınması barədə məlumat verilib və Misirin səfiri kimi akkreditə müddətinin başa çatması haqqında rəsmi nota təqdim edilib.

Əbu Zeydin sözlərinə görə, Misirin Dohadakı işlər vəkili də Misir hökumətindən 48 saat ərzində Vətənə qayıtması barədə sərəncam alıb.

Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətər ilə diplomatik münasibətləri kəsdiklərini elan ediblər.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.