DÜNYA
Misir elektron vizaların testinə başlayır
Qahirə, 11 iyun, AZƏRTAC
Misir Turizm Nazirliyi ölkənin Xarici İşlər, Daxili İşlər və Aviasiya nazirlikləri ilə birlikdə elektron vizalar sisteminin testinə başlayır. Bu xəbəri yerli KİV-lər Misirin turizm naziri Yahia Rəşidə istinadla yayıblar.
Onun sözlərinə görə, ölkəyə daha çox turist cəlb olunmasına kömək edəcək bu vacib layihənin hazırlanması artıq başa çatıb. Yeni sistem nəticəsində Misirə turizm məqsədilə getməyi arzulayan hər kəsin dünyanın istənilən yerindən internet vasitəsilə əvvəlcədən elektron viza almaq və ödəniş etmək imkanı olacaq.
Nazir xüsusilə vurğulayıb ki, elektron vizaların tammiqyaslı tətbiqi ən yaxın vaxtlarda olacaq.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]