DÜNYA


Misir hərbçiləri Sinay yarımadasının şimalında 40-dan çox ekstremisti məhv edib

A+ A

Qahirə, 4 sentyabr, АZƏRTAC

Misir hərbiçilərinin Sinay yarımadasının şimalında yerləşən Rafah şəhərinin yaxınlığında keçirdikləri antiterror əməliyyatı nəticəsində 40-dan çox ekstremist məhv edilib.

Bu ölkənin “Məsraui” xəbər portalının verdiyi məlumatda qeyd olunur ki, Misir ordusuna məxsus hərbi helikopter ekstremistlərin yerləşdiyi üç binaya zərbələr endirib. Məhv edilən ekstremistlərin Sinay yarımadasında terror aktları hazırladıqları ehtimal edilir.

Аsya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.