DÜNYA
Misir hökuməti ölkə əhalisinin artımına nəzarət etməyi planlaşdırır
Qahirə, 18 may, AZƏRTAC
Misir hökuməti ölkədə doğuma nəzarət üçün proqram, tədqiqat və qanunların öyrənilməsinə başlayır.
Bu fikri Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin aparıcı KİV-lərinin baş redaktorlarına müsahibəsində səsləndirib. Prezidentin fikrincə, hazırda Misirdə əhalinin illik artımı 2,5 milyona çatıb və artım tempi Çindən 3 dəfə çoxdur.
Yerli KİV-lərin yaydıqları məlumata görə, bundan əvvəl Baş nazir Şərif İsmayıl vətəndaşları ölkədə böhran davam etdiyi müddətdə ən çoxu iki uşaqla kifayətlənməyə çağırıb. O vurğulayıb ki, ərzaq tələbatının ödənilməsində idxalın yüksək payı Misirin büdcəsinə mənfi təsir edir.
Hazırda vətəndaşların sayı orta hesabla 93 milyon nəfərdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]