İQTİSADİYYAT


Misir jurnalında “Azərbaycanda turizm” adlı məqalə dərc edilib

A+ A

Bakı, 31 iyul, AZƏRTAC

Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik “Turizm xəbərləri” adlı jurnalında “Azərbaycanda turizm” başlığı ilə məqalə dərc edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyindən məlumat verilib.

Məqalədə Avrasiyada, Cənubi Qafqazda yerləşən Azərbaycanın təbii sərvətlərlə zənginliyi, 1991-ci ildə müstəqillik qazandığı, əhalisinin əksəriyyətinin müsəlmanlar olduğu, 158 ölkə ilə diplomatik münasibətlər qurduğu, son illər ərzində sürətli iqtisadi inkişafın müşahidə edildiyi barədə məlumatlar verilib.

Azərbaycanın turizm imkanlarından bəhs edən məqalədə, həmçinin turizmin ölkə iqtisadiyyatının əsas prioritet hesab etdiyi sahələrdən biri olduğu, ölkədə aparılan islahatların turizmin dinamik inkişafına təsir etdiyi, Azərbaycan xalqının yaşayış səviyyəsinin Körfəz ərəb ölkələri ilə müqayisədə daha yaxşı olduğu qeyd olunub.

Məqalədə daha sonra Misir-Azərbaycan münasibətlərinə toxunularaq, ölkələrin əlaqələrin inkişafı üçün imkanlara malik olduğu qeyd edilir. Misirin Şarm Əl-Şeyx və Azərbaycanın Qəbələ şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulduğu, Bakı- Şarm Əl-Şeyx birbaşa hava xəttinin açıldığı və Azərbaycandan Misirə gələn turistlərin sayının getdikcə artdığı vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.