Misir kənd təsərrüfatı məhsullarının ixracat coğrafiyasını genişləndirib
Qahirə, 13 yanvar, AZƏRTAC
Misirin Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatına görə 2017-ci ildə bu ölkə xarici bazarlara 4,8 milyon ton kənd təsərrüfatı məhsulları ixrac edib. 2016-cı ildə isə 4,3 milyon ton təsərrüfatı məhsulu ixrac olunmuşdu.
AZƏRTAC xəbər verir ki, qurumun hesabatına görə, Misirdən müxtəlif ölkələrə əsasən kartof, soğan, bibər, çiyələk, üzüm, manqo və nar, həmçinin şoraba ixrac edilib.
Bununla yanaşı, ölkənin kənd təsərrüfatı naziri Abdul Munem əl Banna bildirib ki, Misir ixracat coğrafiyasını genişləndirib və Çin, Kanada, Tayvan, Keniya, Tanzaniya, Şimali Afrika bazarlarına çıxışı əldə edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]